Millimizə yeni baş məşqçi təyin olundu

  Bölmə: Ölkə futbolu | 7756 | 05:30 22-04-2016
Millimizə yeni baş məşqçi təyin olundu

Azərbaycan U-15 yığmasının yeni baş məşqçisi müəyyənləşib. Sportarena.az xəbər verir ki, bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. Görüşdə Azərbaycan U-15 yığmasına baş məqşçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub. Qeyd edək ki, M.İsayev son olaraq 17 yaşadək futbolçulardan ibarət yığmamızı çalışdırıb. 


Digər xəbərlər