Güləşçilərimiz Olimpiadaya Göygöldə hazırlaşır

  Bölmə: Güləş | 824 | 18:46 23-06-2021
Güləşçilərimiz Olimpiadaya Göygöldə hazırlaşır

Tokio Olimpiadasının startına çox az vaxt qalıb.

İyunun 8-dən 13-dək Varşavada keçirilən "Poland Open" turnirində çıxış edən güləşçilərimiz daha sonra ölkəmizə qayıdaraq növbəti təlim-məşq toplanışına start verib. Hər 3 güləş növü üzrə yığmalarımız hazırda Göygöl Olimpiya İdman Kompleksində Tokio Olimpiadasına hazırlaşır. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, hazırlıq prosesi iyulun əvvəllərinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək. 


Digər xəbərlər