AVRO-2020: Bakıya gələcək ikinci yığma müəyyənləşir

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
İkinci oyun günündə də 2 qarşılaşma gerçəkləşəcək.
Günün ilk matçı Niderland və Çexiya yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını Bakıda Danimarkaya qarşı keçirəcək.
Günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.
27 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Niderland - Çexiya
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"
23:00. Beçika - Portuqaliya
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"
Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib - 4:0.
-
AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi bəlli oldu
...
-
"Avro-2020": Danimarka 92 uğurunu təkrarlaya bilmədi
...
-
UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu daxil olub
…
-
Avro-2020-də ilk finalçı müəyyənləşir
...
-
İngiltərə və Danimarka yarımfinalda
...
-
AVRO-2020: İtaliya Belçikaya qalib gəldi
...
-
AVRO-2020: İspaniya yarımfinala yüksəldi
...
-
AVRO-2020: 1/4 final mərhələsinin oyunları başlayır
...
-
1/4 finalın cütlükləri və təqvimi - Avro-2020
...
-
Ukrayna və İngiltərə 1/4 finalda
...