AVRO-2020: Bakıya gələcək ikinci komanda məlum oldu

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
İkinci oyun gününün ilk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Tomaş Holeş 68-ci və Patrik Şik 80-ci dəqiqədə vurub.
Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.
Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.
-
AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi bəlli oldu
...
-
"Avro-2020": Danimarka 92 uğurunu təkrarlaya bilmədi
...
-
UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu daxil olub
…
-
Avro-2020-də ilk finalçı müəyyənləşir
...
-
İngiltərə və Danimarka yarımfinalda
...
-
AVRO-2020: İtaliya Belçikaya qalib gəldi
...
-
AVRO-2020: İspaniya yarımfinala yüksəldi
...
-
AVRO-2020: 1/4 final mərhələsinin oyunları başlayır
...
-
1/4 finalın cütlükləri və təqvimi - Avro-2020
...
-
Ukrayna və İngiltərə 1/4 finalda
...