Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Günün ikinci matçında Belçika və Portuqaliya yığmaları üz-üzə gəlib.
İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılmış görüş Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Torqan Azar baxımlı qolla komandasına qələbə qazandırıb.
Roberto Martinesin baş məşqçi olduğu kollektiv 1/4 finalda İtaliya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 2-də Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda olacaq. Son çempion Portuqaliya isə AVRO-2020 ilə vidalaşıb.
Qeyd edək ki, günün ilk oyununda Çexiya Niderlandı 2:0 hesabı ilə üstələyərək növbəti raundda Danimarkaya rəqib olub. Çexiya - Danimarka matçı iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
-
AVRO-2020: Daha iki qrupda III turun oyunları keçiriləcək
...
-
Şenol Güneşi Bakıdakı oyunda istefaya çağırdılar
...
-
AVRO-2020: Türkiyə millisi qrupda qaldı, Uels 1/8 finalda
...
-
AVRO-2020: Türkiyə millisi üçün son şans
...
-
İspaniya və Fransadan xal itkisi, Almaniyadan qələbə
...
-
Avro-2020-də 9-cu gün
...
-
İngiltərə və Xorvatiyadan heç-heçə, İsveç qalib gəldi
...
-
Niderland və Belçika 1/8 finalda, Ukraynadan qələbə
…
-
AVRO-2020: Bu gün daha 3 oyun keçiriləcək
...
-
İtaliya 1/8 finalda, Türkiyə uduzdu, Rusiya qalib gəldi
…