AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Qarşılaşmalar Danimarka və Rumıniyada olacaq.
Günün ilk matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki "Parken" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.
Günün son matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki "Milli Arena"da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi 1/4 finalda rəqib olacaqlar.
28 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Xorvatiya - İspaniya
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu
23:00. Fransa - İsveçrə
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena" stadionu
-
Avro-2020-də növbəti sensasiya
...
-
Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi
...
-
AVRO-2020: Bakıya gələcək ikinci komanda məlum oldu
...
-
Avstriya və İtaliya yığmaları Avropanın futbol rekordunu təkrarladı
...
-
AVRO-2020: Bakıya gələcək ikinci yığma müəyyənləşir
...
-
Danimarka və İtaliya 1/4 finalda
...
-
Avropa çempionatının 1/8 finalının iki görüşü keçirilib
...
-
1/8 finalın cütlükləri və təqvimi
...
-
Avro-2020-də 1/8 finalçılar müəyyənləşdi
...
-
Danimarka və Avstriya 1/8 finalda, Rusiya mübarizəni dayandırdı
…