AVRO-2020: 1/4 final mərhələsinin oyunları başlayır

Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək.
İlk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. 1/8 finalda isveçrəlilər son dünya çempionu Fransanı, İspaniya isə həmin mundialın gümüş mükafatçısı Xorvatiyanı mübarizədən kənarlaşdırıb.
Günün digər oyununda isə turnirin favoritlərindən Belçika və İtaliya kollektivləri üz-üzə gələcəklər. Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. İtaliya millisi əvvəlki raundda Avstriyanı üstələyib. Belçika seçməsi isə son Avropa çempionu Portuqaliyadan güclü olub.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Avropa çempionatı
1/4 final
20:00. İsveçrə - İtaliya
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
23:00. Belçika - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"
Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.
-
Daha iki klub ÇL-də 1/8 finalda
...
-
Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offda
...
-
İngiltərə və İsveçrə DÇ-2022-nin final mərhələsində
...
-
Serbiya, Xorvatiya və İspaniya DÇ-2022-də
...
-
Azərbaycan millisi Qətərə qarşı
…
-
Dünya çempionatının 6 iştirakçısı bəllidir
...
-
DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə son oyununu keçirəcək
...
-
Avro-2020-nin finalından ən maraqlı şəkillər
...
-
Avro-2020-nin ən yaxşı bombardiri
...
-
Avro-2020-nin qalibi müəyyənləşdi - Yenilənib
…