"Biz həddən artıq rahatıq" - Samir Abasov

  Bölmə: Ölkə futbolu | 799 | 01:20 21-07-2021
"Biz həddən artıq rahatıq" - Samir Abasov

“Meydançaya girəndə klubun böyüklüyü, əzəməti göründü. Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm".

Bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında deyib. 

O, sabahkı səfər matçının komandası üçün böyük bir təcrübə olacağını bildirib: "Olimpiakos" bu cür turnirlərdə mütəmadi iştirak edib, buna alışıb. Bizi çətin oyun gözləyir. Böyük təcrübəyə malik və keyfiyyətli futbolçulara malik komandaya qarşı oynayacağıq. Amma biz özümüz də həddən artıq rahatıq. "Dinamo" ilə oyundan fərqli olaraq, artıq özümüzə gəlməyə başlamışıq. Uzun müddət idi ki, bu turnirdən kənarda idik. Sabahkı görüşdən asılı olmayaraq, bu böyük təcrübədir. Bundan sonrakı mərhələlərdə də təxminən bu səviyyədə komanda ilə qarşılaşacağıq. İki oyundan ibarət oyundur. Matçın hansı ssenaridə keçəcəyini hamımız ehtimal edirik. Bu cür görüşdə rəqibin sənin qarşına çıxaracağı oyun önəmlidir. Bunlara hazır olmaq üçün psixoloji hazırlıq qaydasında olmalıdır. İnanıram ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər