Olimpiya oyunlarında dördüncü idmançımız mübarizəni dayandırdı

  Bölmə: Olimpiya Növləri | 764 | 14:40 24-07-2021
Olimpiya oyunlarında dördüncü idmançımız mübarizəni dayandırdı

Azərbaycan boksçusu Tayfur Əliyevin “Tokio-2020” Yay Olimpiya Oyunlarında debütü uğursuz olub. OLİMPSPORT xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz vyetnamlı Duonq van Nguyenə məğlub olub və mübarizəni dayandırıb.

Bu gün daha iki güləşçimiz rinqə çıxacaq. Belə ki, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.


Digər xəbərlər