"Tokio -2020": İdmançımız velosipeddən yıxılaraq olimpiada ilə vidalaşdı

  Bölmə: Olimpiya Növləri | 661 | 15:44 24-07-2021
"Tokio -2020": İdmançımız velosipeddən yıxılaraq olimpiada ilə vidalaşdı

Tokio-2020: Velosipedçimiz yıxılaraq finişə çata bilmədi

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Velosipedin şosse növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib. 130 velosipedçinin qatıldığı yarışda 34 yaşlı idmançımız 57-ci km-də yıxılıb.

Yarışın ümumi məsafəsi 234 km olsa da, E.Əsədov axıra qədər tab gətirə bilməyib. Onunla yanaşı, hazırda davam edən yarışda daha 11 velosipedçi finişə çata bilməyib.

Qeyd edək ki, yarışın startında 2 velosipedçinin isə koronavirus testi müsbət çıxdığından mübarizəyə qoşulmayıb.


Digər xəbərlər