Boksçumuz Lorenzo Sotomayor Tokioda özündən 13 yaş kiçik rəqibinə yenildi

  Bölmə: Olimpiya Növləri | 585 | 15:54 24-07-2021
Boksçumuz Lorenzo Sotomayor Tokioda özündən 13 yaş kiçik rəqibinə yenildi

Azərbaycanın daha bir boksçusu “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. OLİMPSPORT xəbər verir ki, yarışda 69 kiloqram çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor gürcüstanlı Eskerxan Madiev ilə qarşılaşıb. Üçüncü raundda boksçumuz zədələndiyi üçün hakim görüşü yarımçıq saxlayıb və qələbə rəqib idmançıya verilib.

Daha əvvəl boksçumuz Tayfur Əliyev (57 kq) vyetnamlı rəqibi Duonq van Nquyenə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıb.

Bu gün daha bir güləşçimiz rinqə çıxacaq. Belə ki, Məhəmməd Abdullayev (+91 kq) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.


Digər xəbərlər