"Tokio-2020" - nin bu günə olan medal sıralaması-SİYAHI

  Bölmə: Olimpiya Növləri | 907 | 20:44 24-07-2021
"Tokio-2020" - nin bu günə olan medal sıralaması-SİYAHI

İyulun 24-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ikinci günündə 28 ölkənin idmançıları medal qazanıblar. OLİMPSPORT xəbər verir ki, Olimpiadanın ilk qızıl medalına Çin idmançısı Qian Yanq sahib olub. O, qadınlar arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışında qalib gələrək Olimpiya çempionu adını qazanıb. Bu yarışda rusiyalı Anastasiya Qalaşina gümüş, isveçrəli Nina Kristen isə bürünc medallara layiq görülüblər.

“Tokio-2020”nin medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 3 qızıl və 1 bürünc medal qazanıblar. İtaliya və Yaponiya təmsilçiləri 1 qızıl və 1 gümüş medala sahib olublar. Cənubi Koreya idmançıları isə 1 qızıl və 2 bürünc medal qazanıblar. Ekvador, Macarıstan, İran, Kosovo və Tailand komandalarının aktivində 1 qızıl medal var.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Digər xəbərlər