Messi "Barselona"dan ayrıldı - Rəsmi

  Bölmə: Xarici futbol | 690 | 00:33 06-08-2021
Messi "Barselona"dan ayrıldı - Rəsmi

"Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi Kataloniya klubu ilə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflərin bir müddət əvvəl yeni müqavilə ilə bağlı razılaşdıqları, ancaq maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədikləri qeyd olunub. Buna həm də İspaniya çempionatının maliyyə qaydalarının səbəb olduğu bildirilib.


"Barselona"nın mətbuat xidməti klubun inkişafında verdiyi töhvəyə görə Messiyə təşəkkür edib, ona şəxsi həyatında və futbolçu karyerasında uğurlar arzu edib.

Xatırladaq ki, karyerası ərzində yalnız "Barselona"da çıxış edən (2003-2021) argentinalı hücumçunun klubla müqaviləsi iyunun 30-da başa çatmışdı. Messi "Barselona"da 778 oyunda 672 qol vurub, 305 məhsuldar ötürmə verib. 


Digər xəbərlər