Azərbaycanlı güləşçi: "Yeganə hədəfim dünya çempionluğudur"

  Bölmə: Güləş | 916 | 14:10 17-08-2021
Azərbaycanlı güləşçi: "Yeganə hədəfim dünya çempionluğudur"

"Buraya çempion olmaq üçün gəlmişik. Hazırda mənim yeganə hədəfim budur".

Bunu Azərbaycanın səbəst güləşçisi Cəbrayıl Hacıyev Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatındakı hədəfi barədə danışarkən deyib.

70 kq çəki dərəcəsində finala vəsiqə qazanan idmançı bütün rəqiblərinin güclü olduğunu bildirib: "Həqiqətən səviyyəli idmançılardır. Görüşlər mənim üçün yaxşı keçdi. Öz səhvlərim üzərində işləməyə davam edirəm".


Digər xəbərlər