“Qarabağ” futbol oynamaq istəyən yaxşı bir komandadır”

  Bölmə: Xarici futbol | 773 | 14:11 17-08-2021
“Qarabağ” futbol oynamaq istəyən yaxşı bir komandadır”
Şotlandiyanın “Aberdin” klubunun futbolçusu Skott Braun Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
 
Şotlandiya təmsilçisinin kapitanı “Seltik”in heyətində 2015-ci ildə “Qarabağ”a qarşı keçirdiyi matçı xatırlayıb:
 
“O vaxt isti idi. Onlara qarşı oynayanda indikindən fərqli komanda idilər. Heyətlərində bir çox braziliyalı oyunçu var idi. Stadiona 22 minə yaxın azarkeş toplanmışdı və yaxşı atmosfer yaratmışdılar. “Qarabağ” futbol oynamaq istəyən yaxşı bir komandadır.
 
Azərbaycanda yaxşı nəticəyə ehtiyacımız var. Şotlandiyadakı oyunda yaxşı tempdə düzgün futbol oynamalıyıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirsənsə, yaxşı komandaları keçməlisən. “Qarabağ” da belə komandalardandır.
 
Bütün diqqətimiz “Qarabağ”la oyundadır. Bizim üçün böyük oyun olacaq”.
 
“Qarabağ” “Aberdin”lə ilk matçı avqustun 19-da Bakıda, cavab matçını isə 26-da Şotlandiyada keçirəcək.

Digər xəbərlər