Firdovsi Umudov "Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli" medalı ilə təltif edilib

  Bölmə: Maqazin | 552 | 11:45 18-08-2021
Firdovsi Umudov "Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli" medalı ilə təltif edilib

18- avqust Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci il dönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin(DSX) əməkdaşı, sərbəst güləş üzrə millimizin sabiq məşqçisi Firdovsi Umudov DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən "Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli" medalı ilə təltif edilib.

Firdovsi Umudov bu ada layiq görüldüyünə görə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevə öz dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, sərbəst güləş üzrə dünyanın yeganə azərbaycanlı ən yaxşı məşqçisi seçilmiş Firdovsi Umudov 44 gün davam edən Vətən müharibəsi dövründə digər sərhədçilər kimi öz xidməti vəzifə borcunu şərəflə yerinə yetirmişdir.

TƏBRİK EDİRİK! 


Digər xəbərlər