Dünya çempionatı: Azərbaycanın sərbəst güləş yığması 4-cü yeri tutub

  Bölmə: Güləş | 766 | 10:00 19-08-2021
Dünya çempionatı: Azərbaycanın sərbəst güləş yığması 4-cü yeri tutub

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.

Mundiala 9 idmançı ilə yollanan Azərbaycan millisinin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.

Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında dünya çempionatında iştirak edən komanda yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk "3-lük"də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.

Qeyd edək ki, sərbəst güləş üzrə yığma medalların sayına son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Sərbəst güləşçilər sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.


Digər xəbərlər