"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub

  Bölmə: Ölkə futbolu | 700 | 17:38 31-08-2021
"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub

"Qəbələ" klubunun UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi bəlli olub.

"Qırmızı qaralar" AZ (Niderland) komandası ilə qarşılaşacaq.

Əyalət təmsilçisi ilk oyununu sentyabrın 29-da evdə, cavab qarşılaşmasını isə oktyabrın 20-də səfərdə keçirəcək.

"Qəbələ" mərhələ adlayacağı təqdirdə “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüşlər 3-24 noyabrda gerçəkləşəcək.

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Qəbələ" ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.


Digər xəbərlər