MDB Oyunları: Azərbaycan badmintonçusu finala yüksəlib

  Bölmə: Digər növlər | 113 | 13:23 11-09-2021
MDB Oyunları: Azərbaycan badmintonçusu finala yüksəlib

Azərbaycan badmintonçusu Diki Pangestu oğlanların fərdi yarışında yarımfinal görüşünə çıxıb.

O, finala gedən yolda Rusiya təmsilçisi Georgi Lebedevlə qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançı müvafiq kateqoriyada həlledici oyuna vəsiqə qazanıb. Pangestu finalda qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gələcək.

Final görüşü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Digər xəbərlər