MDB Oyunları: Azərbaycan badmintonçusu qızıl medal qazanıb

  Bölmə: Digər növlər | 113 | 17:35 11-09-2021
MDB Oyunları: Azərbaycan badmintonçusu qızıl medal qazanıb

Azərbaycan badmintonçusu Diki Pangestu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlanların fərdi yarışında final görüşünə çıxıb.

O, həlledici qarşılaşmada qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gəlib.

Qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi rəqibinə finalda da qalib gələn Pangestu qızıl medal qazanıb.


Digər xəbərlər