"Qəbələ" lider oldu, Zirədə bərabərlik

  Bölmə: Ölkə futbolu | 677 | 00:07 19-09-2021
"Qəbələ" lider oldu, Zirədə bərabərlik

Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

İlk oyun günündə 2 matç keçirilib. "Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşıb və rəqibini 5 cavabsız qolla məğlub edib. Bununla da ardıcıl 3-cü qələbəsini qazanan Elmar Baxşıyevin komandası xallarını 10-a çatdıraraq liderliyə yüksəlib.

 

Günün son matçında isə "Sabah" "Zirə"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

 

18 sentyabr (şənbə)

19:15. “Zirə” – “Sabah” - 1:1 

Qol: Hamdaui, 49 (1:0), Periçiç, 83 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Səbail” - 5:0 

Qollar: Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4

Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85 ("Səbail")
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

19 sentyabr (bazar)

18:30. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”

20 sentyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Sumqayıt”

N Klublar O Q H M T-F X
1 Qəbələ 4 3 1 0 11-3 10
2 Qarabağ 3 2 1 0 6-2 7
3 Səbail 4 2 0 2 2-8 6
4 Sumqayıt 3 2 0 1 4-1 6
5 Zirə 4 1 2 1 5-4 5
6 Neftçi 3 1 1 1 5-5 4
7 Sabah 4 0 1 3 1-6 1
8 Keşlə 3 0 0 3 1-6 0

Bombardirlər:

Davit Volkov ("Zirə") - 3 qol

Ülvi İsgəndərov ("Qəbələ") - 3 qol

Rəhim Sadıxov ("Sumqayıt") - 2 qol
Fəhmin Muradbəyli ("Neftçi") - 2 qol
Musa Qurbanlı ("Qarabağ") - 2 qol
Yaovi Akakpo ("Qəbələ") - 2 qol
Vadji İbrahima ("Qarabağ") - 2 qol
Emin Mahmudov ("Neftçi") - 2 qol


Digər xəbərlər