UEFA "Qarabağ"ı səsverməyə çıxardı

  Bölmə: Ölkə futbolu | 649 | 10:38 22-09-2021
UEFA "Qarabağ"ı səsverməyə çıxardı

UEFA Konfrans Liqasının İnstaqram rəsmi səhifəsi  qrup mərhələsində mübarizə aparan "Qarabağ"ın şəklini paylaşaraq sorğu keçirib.

Futbolsevərlərə "Qarabağ"ın ən istedadlı oyunçusu kimdir? sualı ünvanlanıb.

 

Şəkildə qapıçı Şahrudddin Məhəmmdəliyev, müdafiəçilər Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Toral Bayramov, yarımmüdafiəçilər Qara Qarayev, Kadi Borqes, Patrik Andrade, Xayme Romero və hücumçu İbrahima Vadji yer alıb.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində ilk oyununu Bakıda "Bazel"ə qarşı keçirib. Ağdam klubu İsveçrə təmsilçisi ilə bu görüşdə (0:0) baxımlı oyunu ilə yadda qalıb.


Digər xəbərlər