UEFA açıqladı - "Qarabağ"ın futbolçuları liderlər arasında

Konfrans Liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.
Ən yaxşılar sırasında "Bazel"lə heç-heçə edən "Qarabağ"ın futbolçuları da yer alıb.
Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib. Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.
“Qarabağ”ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.
Qeyd edək ki, matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
-
"Neftçi" yeni transferini açıqladı
...
-
"Zirə" yeni yarımmüdafiəçi aldı
...
-
"Qarabağ" Antalya toplanışını heç-heçə ilə başa vurdu
...
-
"Qarabağ"ın oyunu ləğv olundu
...
-
AFFA millinin oyununun stadionunu açıqladı
...
-
"Neftçi" yeni qapıçı transfer etdi
...
-
Millimizin 2 üzvü koronavirusa yoluxdu
...
-
"Zirə"dən Polşa klubu ilə əzmkar heç-heçə
…
-
"Sumqayıt" "Yagelloniya" ilə heç-heçə etdi
...
-
"Sabah" "Pakş"la heç-heçə etdi
...