Dünya çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

Sabah Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürəcək.
Mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 güləşçi təmsil edəcək. Bu gün keçirilən püşkatma mərasimindən sonra pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika)
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)
65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya)
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)
79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya)
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya)
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)
Qeyd edək ki, sabah 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxacaq. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
-
Qərib Əliyevin 65 yaşı tamam olur
...
-
Dünya Kuboku Azərbaycanda keçiriləcək
…
-
FƏNDİ İLƏ RƏQİBLƏRİNİ UYUDAN PƏHLƏVAN
...
-
Rusiya millisinin baş məşqçisi həmyerlimizi komandasında görmək istədiyini bildirib
...
-
Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb
...
-
Azərbaycan güləşçilərinin qazandıqları medal sayı məlum olub
...
-
Tural Əliyev I dərəcəli beynəlxalq hakim statusuna layiq görülüb
…
-
Mikayıl Cabbarov federasiya prezidenti seçildi
…
-
Fərid Mansurova yeni vəzifə verildi
...
-
Güləş Federasiyasından 63 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
...