Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri bəlli olub

  Bölmə: Güləş | 316 | 17:39 06-10-2021
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin ilk rəqibləri bəlli olub

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib. 

Püşk nəticəsində ən aşağı və ən ağır çəkili pəhləvanların 1/8 final mərhələsindən mübarizəyə başlayacaqları məlum olub.

Dünya çempionatı

Yunan-Roma güləşi

55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)

67 kq
1/16 final: Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ)

72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

87 kq
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)

97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)

Qeyd edək ki, oktyabrın 7-də 55 kq, 72 kq, 77 kq və 82 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Oktyabrın 8-də 60 kq, 97 kq və 130 kq, oktyabrın 7-də isə 63 kq, 67 kq və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.


Digər xəbərlər