İspaniya İtaliyaya qalib gəlib finala yüksəldi

  Bölmə: Xarici futbol | 219 | 14:43 07-10-2021
İspaniya İtaliyaya qalib gəlib finala yüksəldi

UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.

A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya İspaniya ilə qarşılaşıb.

Yarımfinalın ilk oyunu Milandakı "San-Siro" stadionunda keçirilib. Görüş ispanların qələbəsi ilə başa çatıb - 2:1. Beləliklə, Luis Enrikenin komandası finala yüksəlib. İtaliyanın isə məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda son 37 oyunda uduzmamışdı.

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında  bu gün Belçika və Fransa yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.

 

22:45. İtaliya - İspaniya - 1:2

Qollar: Torres, 17 (0:1), 45+2 (0:2), Pelleqrini, 83 (1:2)

Qırmızı vərəqə: Leonardo Bonucci (İtaliya)
Milan, "San-Siro" stadionu

 


Digər xəbərlər