Nazir, yoxsa sadə vətəndaş? Fərid Qayıbov təəccübləndirməyə davam edir

  Bölmə: Baş redaktor | 525 | 00:04 14-10-2021
Nazir, yoxsa sadə vətəndaş? Fərid Qayıbov təəccübləndirməyə davam edir

Yeni gənclər və idman nazirimiz Fərid Qayıbov vəzifə başına keçən gündən öz fəaliyyətinə məmur kimi yox, daha çox vətəndaş mövqeyi tərəfindən başlayıb.

Onun əvvəlki həmkarları və digər idman rəhbərləri ilə müqayisədə işə kabinetdən yox, federasiyaların fəaliyyəti ilə tanış olmaq üçün idman arenalarından başlaması bunu deməyə əsas verir. Hətta Fərid qardaş az müddət öncə Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatından vətənə dönən yunan-Roma millimizi qarşılamaq üçün gecə yarı hava limanına şəxsən özü gedib. Əbəs yerə naziri qardaş kimi oxuculara təqdim etmədim. Bəli, bu addım eyni zamanda qardaşlıq addımı idi. Bəlkə də Fərid Qayıbovun tətbiq edəcəyi yeni nazir platformasında öncə vətəndaş, sonra məmur mövqeyi standartları yer alıb. Hər halda reallıqlar deyilənlərin ehtimal yox, həqiqət olduğunu isbatlayır. Nazirin bu addımı kabinetlərdə təkərli kreslolarla hərəkət edən bəzi idman rəhbərlərini təkərsiz gəzməyi öyrədəcək.

Qeyd edək ki, etibarlı mənbələrdən aldığımız məlumata əsasən nazir öz şəxsi avtomobili ilə bölgələrdə yerləşən idman yerlərinə də baş çəkib.

İndiyə qədər bizim də qapımızı heç bir idman rəhbəri açmayıb. Belə getsə deyəsən Fərid qardaş bizim də qapını açacaq.

Ramin Allahverdiyev, sərbəst güləş üzrə Respublikanın əməkdar məşqçisi


Digər xəbərlər