Ozobiçdən 25-ci qol

  Bölmə: Ölkə futbolu | 329 | 13:30 18-10-2021
Ozobiçdən 25-ci qol

Azərbaycan Premyer Liqasının 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub. 

Buna mövsümdə ilk dəfə təsadüf olunub. “Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.

  

Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.

Qeyd edək ki, Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.


Digər xəbərlər