"Qarabağ"ın rəqibi milyarderə satılıb

  Bölmə: Ölkə futbolu | 297 | 15:17 19-10-2021
"Qarabağ"ın rəqibi milyarderə satılıb

Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

Kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

Papastavru klubu 2018-ci ildə maliyyə böhranından xilas edib.

Qeyd edək ki, "Omoniya" UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasında Kiprdə keçirilmiş görüş Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Yerli çempionatda isə "Omonniya" 7-ci yerdə gedir.


Digər xəbərlər