Gənclər və idman naziri Fərid Qayıbov Macarıstan səfiri ilə görüşüb

  Bölmə: Gənclər siyasəti | 155 | 15:41 19-10-2021
Gənclər və idman naziri Fərid Qayıbov Macarıstan səfiri ilə görüşüb

Oktyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi və səfirliyin ikinci katibi Mihay Qruberlə görüşüb.

Gənclər və İdman Nazirliyində keçirilən görüşdə iki dost ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Fərid Qayıbovu gənclər və idman naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edən səfir Viktor Sederkenyi iki ölkənin müfaviq qurumları arasında əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.


Digər xəbərlər