Tovuz Gənclər Evi şəhidlərin xatirəsinə şahmat yarışı keçirib

  Bölmə: Gənclər siyasəti | 251 | 22:30 19-10-2021
Tovuz Gənclər Evi şəhidlərin xatirəsinə şahmat yarışı keçirib

19.10.2021 ci il tarixində Tovuz Gənclər Evinin təşkilatçılığı ilə Vətən Müharibəsi Şəhidlərimizin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Turnirin keçirilməsində əsas məqsəd İkinci Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsini və "Zəfər" günləri qələbəmizin il dönümünü qeyd etmək olub. 

Qeyd edək ki, turnirdə fərqlənmiş iştirakçılara Tovuz Gənclər Evi tərəfindən diplom və medallar təqdim edilmişdir.

 


Digər xəbərlər