Zəfər Gününə həsr olunmuş Tovuz Rayon çempionatı keçirildi

  Bölmə: Gənclər siyasəti | 235 | 22:58 19-10-2021
Zəfər Gününə həsr olunmuş Tovuz Rayon çempionatı keçirildi

16-17 oktyabr 2021- ci il tarixdə Tovuz Olimpiya İdman Kompleksində Tovuz Budo döyüş növləri klubu Zəfər Gününə həsr olunmuş Tovuz Rayon çempionatı keçirilib.

Yarış pandemiya qaydalarına uyğun olaraq təşkil edilmişdir və ölkəmizin müxtəlif bölgələrindən 150-yə yaxın idmançı iştirak etmişdir. 

Qeyd edək ki, çempionatda Azərbaycan Budo Döyüş növləri Fedarasiyasının yaradıcısı Qrand Master dr. Faiq Rəfiyev iştirak etmişdir.

Tovuz Gənclər Evinin könüllüləri və direktoru Rauf Rüstəmov da tədbirdə iştirak edərək, zəfər yolumuz barədə, gənclərimizin Vətən Müharibəsində göstərdikləri qəhrəmanləqlarından ,Dəmir Yumruğun ətrafinda birliyimizdən və gənclər siyasəti ilə bağlı nitq söyləyib.


Digər xəbərlər