“Qarabağ”la “Neftçi”dən qələbə

  Bölmə: Ölkə futbolu | 410 | 14:16 20-10-2021
“Qarabağ”la “Neftçi”dən qələbə
 Azərbaycan I Divizionunda V tura start verilib.
 
İlk oyun günündə iki qarşılaşma baş tutub.
 
“Neftçi”nin əvəzediciləri “Sumqayıt”ın ikinci komandası üzərində darmadağına sevinib. “Qarabağ”ın ikinci komandası isə səfərdə “Keşlə”nin əvəzedicilərini üstələyib.
 
I Divizion
V tur
 
 
Neftçi-2 – Sumqayıt-2 5:0
Qol: Ramin Nəsirli, 41. Xəqani Sadıxov, 48; 57. Əli Sadıxov, 52. Fərid İsgəndərov, 83.
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Elvin Bayramov.
“Neftçi” Futbol Mərkəzi (ehtiyat meydança), 15:00.
 
Keşlə-2 – Qarabağ-2 1:2
Qol: Əbdülkərim Ağamalıyev, 3 – Mehdi Tahirov, 45+3. Nihad Quliyev, 53-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Əli Əliyev.
Bakı. “ASK Arena”, 15:00.

Digər xəbərlər