"Qarabağ"ın oyununa biletlər tükənmək üzrədir

  Bölmə: Ölkə futbolu | 414 | 17:25 21-10-2021
"Qarabağ"ın oyununa biletlər tükənmək üzrədir

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Kayrat"la (Qazaxıstan) matçına bilet satışı davam edir. 

Oyun üçün satışda yalnız 300-dək VİP biletlər qalıb.

 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib. Mərkəzi arena 30 000 fanat qəbul edə bildiyindən, matç üçün təqribən 15 000 bilet satışa çıxarılıb.

Əlavə edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq. 


Digər xəbərlər