Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub

  Bölmə: Gənclər siyasəti | 138 | 20:53 25-10-2021
Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub

Oktyabrın 25-də Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.

Taekvondo üzrə milli komanda üzvləri ilə görüşən nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib, Taekvondo Federasiyasında yaradılmış şəraitlə maraqlanıb.

Azərbaycan Taekvondo Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.


Digər xəbərlər