"Barselona"nın baş məşqçisi Ronald Kuman istefa verib

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi vəzifəsini tərk edib.
Qərar Kataloniya komandasının çərşənbə günü İspaniya çempionatında "Rayo Valyekano"ya səfərdə 0:1 hesabı ilə uduzmasından sonra verilib.
Kuman 19 avqust 2020-ci ildən "Barselona"ya rəhbərlik etməyə başlayıb. Komanda İspaniya çempionatının cari mövsümündə 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Barselona” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 3 oyundan sonra Portuqaliya “Benfika”sına və Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzmaqla yanaşı, Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:0 hesabı ilə qalib gələrək, qrupda üçüncü yerdə qərarlaşıb.
Kuman 2018 - 2020-ci illərdə Niderland millisinə rəhbərlik edib, baş məşqçi kimi “Vitess”, “Ayaks”, PSV, AZ, “Feyenoord”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, İngiltərənin “Everton” və “Sautgempton” klublarında da çalışıb.
-
Salahla Mane 50 illik rekordu qırdı
…
-
Messi koronavirusa yoluxdu
…
-
"Qalatasaray" 7 oyundan sonra qələbə qazandı
...
-
"Fənərbaxça" 9 nəfərlə bacarmadı
…
-
Lionel Messi Cənubi Amerikada ilin futbolçusu sayılıb
...
-
"Qalatasaray" 1/8 finalda - Avroliqada nəticələr
...
-
"Barselona" Avropa Liqasında, daha 3 komanda 1/8 finalda
...
-
"Atletiko" 1/8 finalda, "Milan" mübarizəni dayandırdı
...
-
İbrahimoviç Messini seçdi
...
-
"Barselona" doğma meydanda uduzdu
...