ÇL-də iki klub pley-offa vəsiqəni təmin etdi

  Bölmə: Xarici futbol | 401 | 16:40 03-11-2021
ÇL-də iki klub pley-offa vəsiqəni təmin etdi

Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib

İlk oyun günündə E, F, G və H qruplarında görüşlər keçirilib.

E qrupunda "Barselona" Kiyev "Dinamo"suna 1:0 hesabı ilə qalib gəlib. Lider "Bavariya" isə "Benfika"nı 5:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.

F qrupunda"Mançester Yunayted" "Atalanta" ilə heç-heçə edib - 2:2. "Vilyarreal" isə "Yanq Boyz"a 2:0 hesabı ilə qalib gəlib

G qrupunda "Volfsburq" "Zalsburq" a, "Sevilya" "Lill"ə  1:2 hesabı ilə uduzublar.

H qrupunda "Malmö" "Çelsi"yə 0:1 hesabı ilə məğlub olub. "Yuventus" isə "Zenit"i qəbul edib. Turin klubu 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, 4-cü turun digər 8 oyunu noyabrın 3-ü keçiriləcək.

2 noyabr

E qrupu

00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya) - 0:1

Qol: Ansu Fati, 70

00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:2

Qollar: Robert Levandovski, 26, 61, 84, Serj Qnabri, 32, Leroy Sane, 49 - Morato, 38, Darvin Nunyes, 76

Xal durumu: "Bavariya" - 12, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.

F qrupu

00:00. "Vilyarreal" (İspaniya) - "Yanq Boyz" (İsveçrə) - 2:0

Qollar: Etyen Kapu, 36, Arno Qruneveld, 89

00:00. "Atalanta" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 2:2

Qollar: Yosip İliçiç, 12, Duvan Sapata, 56 - Kriştiano Ronaldo, 45+1, 90+1

Xal durumu: "Mançester Yunayted" - 7,  "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.

G qrupu

21:45. "Volfsburq" (Almaniya) - "Zalsburq" (Avstriya) - 2:1

Qollar: Bote Baku, 3, Lukas Nmeça, 60 - Maksimilian Vöber, 30

00:00. "Sevilya" (İspaniya) - "Lill" (Fransa) - 1:2

Qollar: Lukas Okampos, 15 - Conatan Devid, 43-pen, Conatan İkone, 51

Xal durumu: "Zalsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.

H qrupu

21:45. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) - 0:1

Qol: Hakim Ziyeş, 56

00:00. "Yuventus" (İtaliya) - "Zenit" (Rusiya) - 4:2

Qollar: Paulo Dibala, 11, 58-pen, Federiko Kyeza, 74, Alvaro Morata, 82 - Leonardo Bonuççi, 26-avtoqol, Sərdar Azmun, 90+2

Xal durumu: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.


Digər xəbərlər