Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqlədi

  Bölmə: Ölkə futbolu | 796 | 12:48 09-11-2021
Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqlədi

Türkiyəli məşqçi Samet Aybaba Azərbaycan millisinə baş məşqçilik edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. 

66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA ilə danışıqlar apardığını təsdiq edib: 

"AFFA-nın mənimlə maraqlandığı düzdür. Görüşlərimiz də olub. Amma hələlik rəsmi müqavilə yoxdur. Danışıqlarımız davam edir". 

Qeyd edək ki, Samet Aybabanın son iş yeri "Adana Demirspor" olub.


Digər xəbərlər