Azərbaycan kubokunda mövsümün püşkü atılır

  Bölmə: Ölkə futbolu | 638 | 10:42 10-11-2021
Azərbaycan kubokunda mövsümün püşkü atılır

Bu gün Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq. Mərasim saat 15:00-da başlayacaq.

 

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.

Əlavə edək ki, "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.


Digər xəbərlər