Serbiya, Xorvatiya və İspaniya DÇ-2022-də

  Bölmə: Qatar-2022 | 189 | 14:57 15-11-2021
Serbiya, Xorvatiya və İspaniya DÇ-2022-də

DÇ-2022-nin seçmə seçmə mərhələsində 10-cu tura start verilib.

İlk oyun günün 4 qrupda 10 qarşılaşma oynanılıb.

 

A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. 2:1 hesabı ilə qalib gələn Serbiya mundiala birbaşa vəsiqəni təmin edib. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edib və 0:3 hesabı ilə uduzub .

B qrupunda İsveç İspaniyaya 0:1 hesabı ilə uduzub, Kosovo Yunanıstanla heç-heçə edib - 1:1. İspaniya qələbə ilə DÇ-2022-də oynamaq hüququ qazanıb.

H qrupun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olub. 1:0 hesabı ilə qalib gələn Xorvatiya  mundialda iştirakı təmin edib.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edib.  Vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirən Almaniya son matçda da qələbə qazanıb - 4:1 . Şimali Makedoniya İslandiyanı 3:1 hesabı ilə məğlub edərək, digər oyunların nəticəsindən asılı olmayaraq pley-offa yüksəlib.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
14 noyabr

A qrupu

Lüksemburq – İrlandiya - 0:3
Qollar
: Daffi, 67, Oqbene, 75, Robinson, 88

Portuqaliya – Serbiya - 1:2
Qollar:
 Sançes, 2 – Tadiç, 33, Mitroviç, 90

Xal durumu: Serbiya – 20, Portuqaliya – 17, İrlandiya – 9, Lüksemburq – 9, Azərbaycan – 1.

B qrupu

Yunanıstan – Kosovo - 1:1
Qollar: 
Masuras, 44 – Rrahmani, 76

İspaniya – İsveç - 1:0
Qol:
 Morata, 86

Xal durumu: İspaniya – 19, İsveç – 15, Yunanıstan – 10, Gürcüstan – 7, Kosovo – 5

H qrupu

Malta – Slovakiya - 0:6
Qol: 
Rusnak, 6, 16, Duda, 8, 69, 80, De Marko, 72

Sloveniya – Kipr - 2:1
Qol: 
Zayç, 48. Çerin, 84 – Kakulis, 89

Xorvatiya – Rusiya - 1:0
Qol
: Kudryaşov, 81-avtoqol

Xal durumu: Xorvatiya – 23, Rusiya – 22, Slovakiya – 14, Sloveniya – 14, Malta – 5, Kipr – 5.

J qrupu

Lixtenşteyn – Rumıniya - 0:2
Qol:
 Man, 8, Banku, 87

Şimali Makedoniya – İslandiya - 3:1
Qol:
 Alioski, 7, Elmas, 65, 87 – Torsteynsson, 54

Ermənistan – Almaniya - 1:4
Qol:
 Mxitaryan, 59-pen – Haverts, 15, Gündoğan, 45+4-pen, 50, Hofmann, 64

Xal durumu: Almaniya – 27, Şimali Makedoniya – 18, Rumıniya – 17, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.

Qeyd edək ki, indiyədək Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.


Digər xəbərlər