4:4 - Qələbə bizimlədir!

  Bölmə: DNMAİF | 184 | 10:37 16-11-2021
4:4 - Qələbə bizimlədir!

4:4 – Qələbə bizimlədir!

Oktyabrın 17-si “Olimpiya dünyası” qəzeti, “Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyası”nın Azərbaycan nümayəndəliyi, “Sport24.az” saytı və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Füzuli rayonunun işğaldan azad olunması gününə həsr olunan mini futbol üzrə oyun keçirilib.

Oyunun əvvəlində bütün şəhidlərimiz 1 dəqiqəlik sükutla anılıb. “Oskar” stadionunda keçirilən yoldaşlıq görüşündə qazilər-veteranlar komandası ilə jurnalistlər komandası üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan görüş, futbol hesabından çox hokkey oyununun hesabını xatırlatdı.

Belə ki, hər iki komanda hərəyə 4 dəfə fərqlənməyi bacardı. 4:4 hesabı ilə başa çatan oyunda qalib tərəf yenə - AZƏRBAYCAN oldu. Sonda oyun iştirakçılarına və qonaqlara Milli Olimpiya Komitəsindən və hər zaman idman tədbirlərinə dəstək olan, ofis mebeli istehsalında və satışında öndə olan “Offissa Dizayn” şirkətindən hədiyyələr təqdim edildi.

Mükafatlandırma mərasimində çıxış edən “Olimpiya dünyası” qəzetinin baş redaktor müavini, əməkdar jurnalist Aslan Şirəliyev, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, qazi-veteranlar adından çıxış edən Mahir Süleymanov, görüşün qonaqları uşu-sanda üzrə dünya çempionu Emil Hacıyev, boks üzrə dünya çempionu Cavid Çələbiyev, cüdo üzrə Avropa çempionu, dəfələrlə dünya çempionatlarının mükafatçısı Orxan Səfərov, kikboksinq üzrə dünya çempionu, peşəkar döyüşlərin qalibi Xəyal Əhmədov təşkilatçılara təşəkkürlərini bildirərək, iştirakçılara yeni-yeni uğurlar arzuladı. Yoldaşlıq oyunu çay dəstgahı ilə yekunlaşdı.


Digər xəbərlər