Azərbaycan Premyer Liqası: "Zirə" qələbə sayəsində 2-ci pilləyə yüksəlib

  Bölmə: Ölkə futbolu | 283 | 19:52 20-11-2021
Azərbaycan Premyer Liqası: "Zirə" qələbə sayəsində 2-ci pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir görüşü keçirilib.

İkinci oyun gününün ilk matçında "Zirə" "Səbail"i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 23-cü dəqiqədə Qismət Alıyev açıb. "Qartallar"ın heyətində digər 2 qolu 47-ci və 74-cü dəqiqələrdə Davit Volkov vurub. Matçda son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Rauf Əliyev qoyub. Penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. 9 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, XI turun açılış matçında "Qarabağ" evdə "Keşlə"ni minimal hesabla üstələyib - 1:0. Tura noyabrın 21-də baş tutacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.


Digər xəbərlər