“Neftçi” yenə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
"Neftçi" "Bakcell Arena"da "Sabah"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 33-cü dəqiqədə flaqmanın hücumçusu Ramon Maçado açıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. 53-cü dəqiqədə qonaqlar Coy-Lens Mikelsin qolu ilə tarazlığı bərpa ediblər. 69-cu dəqiqədə növbəti dəfə səhnəyə çıxan almaniyalı yarımmüdafiəçi komandasına qələbə qazandırıb. Bu, "ağ-qaralar"ın ardıcıl 3-cü məğlubiyyəti olub.
Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Sabah" "Sumqayıt"la birlikdə 5 - 6-cı yerləri bölüşdürür. 17 xalı olan "Neftçi" isə 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, XI turun ilk iki oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0, "Zirə" isə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də oynanılacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
-
"Qəbələ" bu futbolçu ilə danışıq aparır
...
-
"Sumqayıt"ın Antalyadakı bir rəqibi müəyyənləşdi
...
-
"Traktor"dan heç-heçə
…
-
Leandro Andrade rəsmən "Qarabağ"da
…
-
"Sumqayıt"dan növbəti transfer
...
-
Kamran Ağayev karyerasını bitirdi
...
-
"Neftçi"nin sonuncu rəqibi də bilindi
...
-
"Neftçi" Eddi İsrafilovun transferini açıqladı
…
-
"Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu
…
-
Millimizin oyunları azarkeşsiz keçirilə bilər
…