Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Turun son oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər 3 qol ikinci hissədə vurulub. 65-ci dəqiqədə Ülvi İsgəndərov "qırmızı-qaralar"ı önə keçirib. Cəmi 2 dəqiqə sonra Rafael Utziq qonaqları növbəti dəfə cəzalandırıb. 80-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Höccət Haqverdi buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bundan 4 dəqiqə sonra "Sumqayıt" azlıqda qalıb. Komandanın kapitanı Vurğun Hüseynov rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, "Qəbələ" bu qalibiyyət sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 11 xalı olan "Sumqayıt" isə 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki 3 oyununda "Qarabağ" "Keşlə"yə 1:0, "Zirə" "Səbail"ə 3:1, "Sabah" isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Zirə"ni qəbul edəcək
...
-
"Neftçi" "Səbail"ə,"Sabah" "Keşlə"yə qalib gəldi
…
-
"Qarabağ"dan xal itkisi, "Bazel"dən qələbə
...
-
"Qarabağ" "Omoniya"ya qarşı
...
-
"Kəpəz"dən böyükhesablı qələbə, "Turan Tovuz" uduzdu
...
-
Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəlib
...
-
“Neftçi” yenə uduzdu
…
-
Azərbaycan Premyer Liqası: "Zirə" qələbə sayəsində 2-ci pilləyə yüksəlib
...
-
"Zirə" "Səbail"ə, "Neftçi" "Sabah"a qarşı
...
-
"Qarabağ" "Keşlə"yə qalib gəldi
...