Hacı Əliyev "Master Class" təlimi keçdi

  Bölmə: DNMAİF | 603 | 12:11 27-11-2021
Hacı Əliyev "Master Class" təlimi keçdi

Noyabrın 26-da Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi, Olimpsport.az saytı, "Olimpiya dünyası" qəzeti və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla " Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib.

Tədbirdə, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Olimpsport.az saytının rəhbəri Ramin Allahverdi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, əməkdar jurnalist Aslan Şirəliyev, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, çıxış edərək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolunu qeyd edib.

Tədbirdə həmçinin "Olimpiya dünyası" qəzetinin 20 illiyi münasibətilə kollektivə uğurlar arzulanıb.

Olimpiya Güləş Mərkəzində keçirilən tədbir çərçivəsində 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev yeniyetmə qız və oğlan güləşçilər üçün "Master Class" təlimi keçib.

Məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev, Ağahüseyn Mustafayev, Namiq Quliyev və Elşad Allahverdiyevin də iştirak etdiyi hazırlıq prosesində yeniyetmə güləşçilərə müxtəlif fəndlərin icrası nəzəri və praktiki formada izah edilib.


Digər xəbərlər