Üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürüb

Noyabrın 26-da Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürüb.
Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinin də qatıldığı rəsmi açılış mətasimindən sonra müxtəlif yaş kateqoriyalarında 150 FİNA xalı toplamış 130-a yaxın qızlar və oğlanlar öz güclərini sınayıblar. Yarışlara Azərbaycan idmançıları ilə Türkiyə Respublikasından da üzgüçülər qatılıb. Açıq ölkə çempionatında Bakının müxtəlif klubları ilə yanaşı Naxçıvan Müxtar Respublikasından və Sumqayıt şəhərindən üzgüçülər öz güclərini sınayırlar. Yarışların ilk günündə oğlanlardan Abdurəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, qızlardan isə Məryəm Şeyxəlizadəxangah, Selcan Əbdurəhmanlı, Ayan Kələntərova, Aysel Səfərova, Fatimə Alkərəmova kürsünün ən yüksək pillələrinə yüksəliblər.
Bakı Su İdmanı Sarayında təşkil olunan çempionat 3 gün davam edəcək və qaliblər medallar, diplomlarlar və pul mükafatları ilə təltif olunacaqlar.
-
Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedir
....
-
Fərid Qayıbov Vasif Talıbovla Naxçıvanın idman həyatını, gənclər siyasətini müzakirə edib
...
-
Fərid Qayıbov federasiyalara çağırış edib
...
-
Fərid Qayıbov Naxçıvan Muxtar Respublikasında səfərdə olub
...
-
Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatına start verilib
...
-
Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib
...
-
38-ci qış çempionatına start verilib
...
-
Azərbaycan Velosiped İdmanı Federasiyasının geniş tərkibli iclası keçirilib
...
-
Velosiped məşqçiləri üçün keçirilən texniki kursları bitirmiş məşqçilərə sertifikatlar təqdim edilib
...
-
...
...