"Kəpəz" Premyer Liqa səviyyəsində oyun sərgiləyir

  Bölmə: Ölkə futbolu | 941 | 13:40 02-12-2021
"Kəpəz" Premyer Liqa səviyyəsində oyun sərgiləyir

Ötən gün "Kəpəz" 1-ci Divizionun 10-cu turunda "Zirə-2" ilə heç-heçə edib - 2:2. 

Gəncə təmsilçisinin Paytaxt klubu ilə oyununa baxdıqda dişli rəqibinə yaxşı təzyiq göstərdiyini görmək olar. Komandanın hücum futbolu sərgiləməsi xoşagələn haldır. Sonuncu oyunda penalti qaçırmaqdan əlavə "Kəpəz" çoxsaylı hücumlar həyata keçirdi. Bu da "Kəpəz"də aparılan işərin, məşqçi korpusu ilə komandanın yüksək səviyyədə məşğul olmasından xəbər verir. Deməli, "Kəpəz" aşağı liqada mübarizə aparsa da, sözdə yox, meydanda, öz oyunu ilə mübarizə aparır. Ona görə də bölgə klubumuzu bu münasibətlə təbik etmək olar.

 

"Kəpəz"in 2021/22 mövsümündəki uğurlu çıxışında baş məşqçi Yaşar Vahabzadənin əməyini vurğulamasaq, haqsızlıq etmiş olarıq. Təcrübəli mütəxəssis öz fəaliyyəti ilə ölkənin ən çox azarkeş dəstəyinə malik klublarından birini turnir cədvəlində yuxarı pillələrdən birinə daşımağa çalışır. "Kəpəz"in mövsümün sonunda hansı yeri tutacağından aslı olmayaraq, bu komandanın Premyer Liqada oynamağa layiq olduğunu deyə bilərik. 


Digər xəbərlər