Ronaldu karyerasında 800-cü qolunu vurub

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu Premyer Liqanın 14-cü turunda "Arsenal"la oyunda komandasının ikinci qolunu vurub.
Bu, 36 yaşlı hücumçunun karyerasında 800-cü qol olub.
Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”də 129 (307 oyun), “Real Madrid”də 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.
Hücumçu Mançester Yunayted"ə "Yuventus"dan keçib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında 5 matçda 6 qol vurub, Premyer Liqanın 10 oyununda 4 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib. Ronaldunun müqaviləsi 2023-cü ildə başa çatacaq.
-
Madriddə sensasiya, PSJ, "Liverpul" və "Atletiko"dan qələbə
...
-
Çempionlar Liqası: PSJ "Mançester Siti" ilə, "Beşiktaş" "Ayaks"la qarşılaşacaq
...
-
"Ronaldonun vücuduna baxanda insan heyran olur"
...
-
Honda: "Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim"
...
-
Ronaldodan azarkeşlərə müraciət
...
-
Türkiyə millisi Stefan Kuntzla müqavilə bağladı
...
-
"Liverpul" "Milan"a, "Real" "İnter"ə qalib gəldi
...
-
Hondanın yeni klubu müəyyənləşdi
…
-
"Fənərbaxça" və "Trabzonspor"dan qələbə, "Qalatasaray"dan xal itkisi
...
-
Çempionlar Liqasında qrupun püşkü atıldı
…