"Qarabağ"ın potensial rəqibləri bilindi

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel" 0:3 hesabı ilə uduzaraq H qrupunu 2-ci pillədə başa vuran "Qarabağ"ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi bu mərhələdə Avropa Liqasının qrup 3-cüləri olan “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), "Lester" (İngiltərə), "Sparta" (Çexiya), PSV (Niderland), "Marsel" (Fransa), "Midtülland" (Danimarka) və "Rapid" (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq. Cütün qalibi 1/8 finala adlayacaq.
16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər.
Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.
-
"Kəpəz" baş məşqçi ilə bağlı qərarını açıqlayıb
...
-
"Qarabağ" Gürcüstan millisinin qapıçısını birdəfəlik transfer edib
...
-
"Zirə" Azərbaycan millisinin yarımmüdafiəçisini transfer etdi
...
-
"Sabah" Namik Ələskərovla müqavilə bağlayıb
...
-
Azərbaycanın minifutbol yığması dünya çempionatına vəsiqə qazanıb
...
-
"Səbail" klubu Rauf Əliyevlə vidalaşdı
...
-
“Qarabağ”ın 2-ci mərhələdəki mümkün rəqibi bəlli oldu
…
-
“Lex” - “Qarabağ” cütünün məğlubu bu komanda ilə qarşılaşacaq
…
-
"Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasındakı rəqibləri
…
-
Riçard Almeyda daha 1 il "Qarabağ"da
...