"Qarabağ"ın potensial rəqibləri bilindi

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel" 0:3 hesabı ilə uduzaraq H qrupunu 2-ci pillədə başa vuran "Qarabağ"ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi bu mərhələdə Avropa Liqasının qrup 3-cüləri olan “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), "Lester" (İngiltərə), "Sparta" (Çexiya), PSV (Niderland), "Marsel" (Fransa), "Midtülland" (Danimarka) və "Rapid" (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq. Cütün qalibi 1/8 finala adlayacaq.
16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər.
Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.
-
İlham Əliyev Avropa çempionu olan millimizi qəbul etdi
...
-
"Qarabağ"ın ÇL-dəki rəqibi
...
-
Millimizin Avropa çempionluğu konsertlə qeyd olunacaq
...
-
Azərbaycan yığması ilk "5-lik"də yer alıb
...
-
"Qəbələ"də 3 yeni müqavilə, 2 ayrılıq
...
-
Canni De Byazi: "Qalib gəlmişik deyə, rahatlaşmamalıyıq"
...
-
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı
...
-
"Qarabağ" və "Keşlə"dən qələbə
...
-
UEFA futzal üzrə Azərbaycan yığmasını cərimələyib
...
-
"Neftçi" və "Zirə"dən qələbə
...